Təşkilati inkişaf üzrə mütəxəssis

Öhdəliklər:
· Təşkilati İnkişaf üzrə menecerlə birlikdə Biznes strategiyasına uyğun olaraq Tİ strategiyasının dizaynının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; · Təlim büdcəsi və təlim proqramlarının hazırlanmasında fəal iştirak etmək; · Bütün təlimləri və seminarları təşkil və koordinasiyasını etmək; · Daxili və xarici təlim mənbələrini izləmək, Təlim və İnkişaf prosesləri ilə bağlı təkliflər təqdim etmək; · Daxili təlimçilərin seçilməsini və inkişafını təşkil etmək və nəzarət etmək; · Kadr hazırlığı və inkişafının ümumi səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq təkliflər vermək; · İstər distant, istərsə də canlı olaraq müxtəlif korporativ tədbirlər təşkil etmək; · İşçilərin qeyri-maddi motivasiyası üçün təşəbbüslər təqdim etmək və müvafiq tədbirlər görmək; · Bankın daxili kommunikasiyasını həyata keçirmək, daxili kommunikasiya şablonlarını tərtib etmək və saxlamaq; · Bankın təcrübə və işə qəbul proqramlarını həyata keçirmək; · Bütün sənədlərdə, elektron məlumat bazalarında müvafiq qeydləri və hesabatları aparmaq; · Təşkilati İnkişaf meneceri tərəfindən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
· Ali təhsil; · Mükəmməl kompüter bacarıqları (Windows, MS Office, İnternet bacarıqları); · İnsan resursları sahəsində ən azı 2 illik təcrübə, minimum 1 il Təşkilati və İnkişaf sahəsində; · Özünü motivasiya etmək bacarığı, həvəs və nəticə yönümlülüyü; · Güclü ünsiyyət, yüksək kommunikasiya qurma və təqdimat bacarıqları; · Tədbirlərin dizaynı və həyata keçirilməsi bacarığları.

Unibank

Əlaqə İnformasiya:
recruitment@unibank.az, cv@unibank.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp