Fraud monitoring şöbəsinin müdiri

Öhdəliklər:
· Şöbənin işini təşkil etmək və ona rəhbərlik etmək, işçilərin işə davamiyyətinə və əmək intizamına, onların öz vəzifə təlimatlarında nəzərdə tutulmuş qaydalara riayət etməsinə nəzarət etmək; · Şöbənin icraatında olan işlərin həcmini və sayını nəzərə alaraq onları Şöbənin əməkdaşları arasında bölüşdürmək, işin keyfiyyətli təşkil olunmasını təmin etmək və vaxtında icra olunmasını tələb etmək; · Gündəlik statistikanın aparılması, hesabatların hazırlanması və şübhəli əməliyyatların qarşısını almaq üçün tövsiyələrin hazırlanmasına nəzarət etmək; · Digər bankların fraud monitorinq bölmələri və plastik kartlar üzrə antifraud təşkilatları ilə əməkdaşlığın yaradılmasında iştirak etmək;· Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətində dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təklilər vermək.
Tələblər:
· Ali təhsil;· Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; · Azərbaycan və rus dilləri üzrə sərbəst bilik, ingilis dilinin yaxşı səviyyədə bilmək; · Kollektivlə ünsiyyət qurmaq bacarığı.

Unibank

Əlaqə İnformasiya:
cv@unibank.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp