Texniki istehsalat üzrə menecer

Sumqayıt Texnologiyalar Parkı MMC Texniki istehsalat üzrə menecer vakansiyası elan edir. 2012-ci ildən bazarda fəaliyyət göstərən STP MMC, bölgədəki ilk və ən böyük texnoparkdır. Özündə bir çox biznes vahidi və müştərək müəssisələri birləşdirən STP MMC, Made in Azerbaijan brendi altında istehsal etdiyi məhsullarla yerli və dünya bazarında layiqli yer tutur. Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik. Əsas tələblər: STP daxilində bütün biznes strukturlarında Texniki xidmət və İstehsalat üzrə rəhbərliyinin həyata keçirilməsi Müxtəlif istehsalat sahələri üzrə dəzgah və avadanlıqların vahid siyahısının hazırlanması Avadanlıqların istehsalat gücü və göstəricilərinin mütəmadi şəkildə izlənilməsi Dövri təmir planının hazırlanması və icrasına nəzarət İstehsalat prosesində səmərəliliyin artırılması və təmir xərclərinin azaldılması üçün müxtəlif tədbirlərin həyata keçirilməsi Verilmiş tapşırıqların planlanması və icrası mərhələlərində birbaşa iştirak Kapital xərcləri və üçüncü tərəf xidmətlərinin seçimində iştirak. Ehtiyyacların müəyyənləşdirilməsi, müvafiq texniki tələblərin təmin edilməsi, tender proseslərində dəstək, proseslərin icrası və istismara ümumi nəzarət, tədarükçülər üçün ilkin qiymətləndirmə və dəyərləndirmələrin təşkili. İstehsalat və təmir sahələri üzrə Əsas Performans Göstəricilərinin (KPİ) müəyyənləşdirilməsi və izlənilməsi. Performans göstəricilərinin yüksəldilməsi üçün inkişaf planlarının tərtib edilməsi Texniki heyyətlə daimi əlaqə olmaq Şirkət daxilində təhlükəsiz və sağlam iş mühitinin təminində aktiv iştirak etmək Hesabatların hazırlanması və rəhbərliyə istehsalatla bağlı tövsiyyələrin verilməsi Bizim üçün ideal namizəd: Sənaye idarəedilməsi texniki xidmət və ya istehsalda minimum 3-5 illik təcrübəyə malik olmalıdır. Effektivliyin artırılması üçün İnkişaf planlarının tərtibində təsdiqlənmiş təcrübəyə malik olmalıdır. Güclü layihə idarəetmə bacarıqlarına malik olmalıdır. Mükəmməl planlaşdırma və icra bacarıqlarına malik olmalıdır. Mükəmməl ünsiyyət bacarıqlarına malik olmalıdır. SƏTƏM standartlarını yüksək səviyyədə bilmək, müvafiq kvalifikasiya üzrə əlavə üstünlükdür Mühəndislik sahəsi üzrə ali təhsilə malik olmalıdır. Azərbaycan, ingilis və rus dillərindən sərbəst şəkildə istifadə edə bilməlidir. Nə əldə edəcəksiniz? Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi; Şəxsi inkişaf və karyera imkanları; Peşəkar mühitdə yüksəliş və inkişaf imkanı. Əlavə məlumat: Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində Texniki istehsalat üzrə menecer yazaraq 30.03.2021 tarixinədək e-mail elektron poçtuna göndərmələri xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp