Avtoparkın İdarə edilməsi bölməsi üzrə Sürücü

Özünə və peşəkarlığına güvənən, Sürücü kimi təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd: Sürücü kimi ən azı 5 il iş təcrübəsi; Müvafiq kateqoriyalı sürücülük vasiqəsinə malik olmalı (BCD); Bakı şəhərini, Sumqayıt şəhərini və ətraf əraziləri yaxşı tanımalı; Yol hərəkəti qaydalarını bilməli və onlara riayət etməli; Azərbaycan dilini bilməli; Məsuliyyətli, işə ciddi yanaşan, dürüst olmalı; İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirə bilməli. Yalnız Koroğlu, Nefçilər və Əhmədli ərazilərində yaşıyanlar müraciət edə bilər.
Hansı işləri görəcəksiniz: İdarə üçün ayrılmış avtonəqliyyat vasitəsinin idarə olunması; Avtonəqliyyat vasitəsinin gündəlik baxışını yerinə yetirilməsi; Bütün növ minik avtomobillərini idarə etməyi bacarmalı; Hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini,səbəblərini və təhlükəli nəticələrini,onların aşkar edilib düzəlməsi üsullarını bilməli; Texniki xidmətin aparılma qaydasını bilməli; Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını bilməli; İdarə çərçivəsində verilən tapşırıqların yerinə yetirilməsi; İdarə daxili intizam qaydalarına riayət edilməsi.
Nə əldə edəcəksiniz: Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Daxili rotasiya imkanı.
Əlavə məlumatlar: Əmək haqqı razılaşma əsasında; Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00, 5 günlük iş həftəsi; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Sürücü yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp