Sistem inzibatçısı, Sistemin idarə edilməsi şöbəsi

Vəzifə öhdəlikləri: – Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması; – Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi; – Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək; – Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası; – İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq ucun təkliflər hazırlamaq; – İstifadəci hesabları və elektron poct unvanlarının yaradılması; – İdentifikator və şifrə siyasətini təyin etmək; – İstifadəcilərə şəbəkədən istifadə etməyi, arxiv idarəciliyini oyrətmək; şəbəkə ilə əlaqəli istifadəci suallarına cavab vermək; şəbəkə proqramı ilə işləmək ucun təlimat tərtib etmək və istifadəcilərin diqqətinə catdırmaq; – İnternet resurslarının istifadəsinə nəzarət etmək; – Xarici, daxili, beynəlxalq rabitə və internet cıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək; – İstifadəcilər ucun məhdudiyyəti qurmaq: serverlər və digər resurslar ucun; – Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nusxəsini təmin etmək; – İnformasiya sisteminin dayanıqlığını artırmaq ucun təkliflər hazırlayır, muəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak edir; – İstifadəcilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edir və sistemi bərpa edir; – Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı ucun təkliflər hazırlamaq; – Şəbəkə təhlukəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların gorunməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlukəsizliyini təmin etmək; – Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması ucun təkliflər hazırlamaq; – Məlumat sistemi komponenetlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək; – Şəbəkənin, serverlərin və iş stansiyalarının antivirus ilə qorunmasını həyata kecirmək; – Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər gormək. TƏHSİL / TƏCRUBƏ : – Analoji sahədə ən azı 3 il iş təcrubəsi; – Adları qeyd olunmuş sertifikatların olmasına ustunluk verilir: Microsoft Windows Server Certificates (MTA, MCSA, MCSD, MCSE), RHCSA, RHCE, VCA, VCP, VCAP, VCDX, Comptia Network +, Comptia Server +, HPE Certificates; ƏLAVƏ MƏLUMATLAR : – Əmək haqqı razılaşma əsasında; – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; – İş vaxtı: Bazar ertəsi Cumə, 09:00 18:00, 5 gunluk iş həftəsi; – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir; – Gostərilən tələblərə cavab verən namizədlərdən CV-lərini movzu yerinə Sistem inzibatcısı, İnformasiya Texnologiyaları Departamenti yazaraq e-mail unvanına gondərilməsi xahiş olunur; – Yalnız tələblərə cavab verən namizədlər musahibəyə dəvət olunacaqdır. STP MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan butun işcilərinə və muraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dovlət qanunlarının tələblərinə əsasən, STP MMC-yə istənilən ərazidən muraciət edən namizədlərin / işcilərin işə qəbulunda ayrı-seckilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata kecirir. Bu siyasət işə qəbul, işə goturmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri cağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla butun qayda və şərtlərinə şamil olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp