Proqram təminatı və idarəetmə sistemləri şöbəsinin mütəxəssisi

Özünə və peşəkarlığına güvənən, proqram təminatı və idarəetmə sistemləri sahəsində təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ən ideal namizəd: – Ali təhsilli olması; – Analoji sahədə ən azı 2 il iş təcrübəsi; – JS ilə işləmə bacarığı; – C#, .Net proqramlaşdırma HTML5, CSS3, T-sql ilə işləmə bacarığı; – Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı; – Git işləmə bacarığı. O cümlədən: – Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, İngilis dili arzu olunandır. – Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı – İşgüzar və məsuliyyətli olmalı – İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı. Hansı işləri görəcəksiniz: – Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək; – Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək; – Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək; – Hazır proqram təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək; – Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək; – Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrasını və proseslərin optimallaşdırılmasını həyata keçirmək; – Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibi ilə məşğul olmaq; – Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək; – Proqramlarda rast gəlinən nasazlıqların aradan qaldırılmasında fəal iştirak etmək: Nə əldə edəcəksiniz: – Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; – Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi; – Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək; – Davamlı karyera imkanı; – Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı: Əlavə məlumatlar : – Əmək haqqı razılaşma əsasında – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə – İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00, 5 günlük iş həftəsi – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Proqram təminatı üzrə mütəxəssis yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp