Performansın idarəedilməsi, təşkilatı inkişaf və hesabatlıq bölməsinin meneceri

Sumqayıt Texnologiyalar Parkı Performansın idarəedilməsi, təşkilatı inkişaf və hesabatlıq bölməsinin Menecer i vakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə bir çox biznes bölmələri və birgə müəssisələri birləşdirən STP Made in Azerbaijan brendi adı altında istehsal etdiyi məhsulları ilə yerli və dünya bazarında da öz layiqli yerini tutmaqdadır. Özünə və peşəkarlığına güvənən, İnsan Resursların idarəedilməsi və inkişafı sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd: İnsan Resurlarının idarə edilməsi sahəsində və ya bu kimi digər sahədə bakalavr dərəcəsinə, yaxud İR ilə əlaqədar başqa bir sahədə (SPHR, GPHR və s.) şəhadətnaməyə üstünlük verilir; İnsan Resursları sahəsində 5 ildən artıq il təcrübəsi; İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər; AR Əmək qanunvericiliyi bilikləri; Azərbaycan, Rus və İngilis dillərində əla səviyyədə bilməli; Çevik iş qrafiki ilə işləmək bacarığı; Aşkar liderlik, koçluq və mentorluq keyfiyyətləri, güclü ünsiyyət və danışıq qabiliyyəti; Komandada işləmək bacarığı; Konfliktlərin professional həlli bacarığı.
Hansı işləri görəcəksiniz: Performansın idarə edilməsi bölməsinin strateji baxışı, fəaliyyətinin əhatə dairəsi, prioritetləri barədə prosedurların hazırlanması və inkişaf etdirilməsi; Strateji biznes hədəfləri ilə işçilərin gündəlik fəaliyyəti və vəzifələri arasında əlaqə yaratmaq üçün biznes bölmələrinin maliyyə, strategiya və insan resursları üzrə tərəfdaşları ilə birgə işləmək; Biznes bölmələrinin və departamentlərin təlim ehtiyacların araşdırılmasını təmin etmək və struktur menecerləri ilə müzakirələrin aparılmasında fəal iştirak etmək; Şirkət əməkdaşlarının individual və yaxud komanda şəklində fəaliyyətinin səmərəli qiymətləndirməsinə, fəaliyyətin və məhsuldarlığın optimallaşdırmasına imkan yaratmaq üçün təlim proqramlarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək; Təlim ehtiyaclarının araşdırılması əsasında təlim proqramlarının xərclərini və illik büdcəni idarə edilməsini təmin etmək; Karyera inkişafı və planlaşdırılması təşəbbüsünə rəhbərlik etmək; Biznes bölmələrinin insan resursları üzrə tərəfdaşları ilə birgə əsas fəaliyyət göstəricilərin (KPI) formalaşdırılmasını və bu göstəricilər üçün monitorinq sistemlərinin inkişaf etdirilməsini və tətbiqini təmin etmək; Həftəlik, aylıq, rüblük və illik İR hesabatlarının hazırlanması və idarə edilməsini təmin etmək.
Nə əldə edəcəksiniz: Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Davamlı karyera imkanı.
Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcüd dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə; İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Menecer yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp