Mühəndis – Texnoloq / Polimer məmulatlar zavodu

VƏZİFƏ ÖHDƏLİKLƏRİ: – Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır; – İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir; – Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır; – Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir; – Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir; – Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir; – Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir; – Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır; – Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir; – Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir; – Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir. TƏHSİL/TƏCRÜBƏ: – Ali-texniki təhsil; – Analoji sahədə ən azı 5 il iş təcrübəsi; – Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; – ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.
Əlavə məlumatlar: – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; – İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 17:00, 5 günlük iş həftəsi; – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. – Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Mühəndis – Texnoloq / Polimer məmulatlar zavodu yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. – Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. STP MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, STP MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp