Korporativ Satış üzrə Menecer

Sumqayıt Texnologiyalar Parkı MMC nin biznes vahidi STP Alüminium MMC Korporativ Satış üzrə Menecer vakansiyasını açıq elan edir. Qafqazın ən böyük sənaye partlarından olan Sumqayıt Texnologiyalar Parkının gənc və dinamik komandasının üzvü olmaq istəyənlər pozitiv, motivasiyalı, çalışqan və yeniliklərə açıq xanımlar və bəylər üçün faydalı fürsətdir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satışların təşkili və şirkət təmsilçiliyi sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə inkişaf edən Texnoparkın Satış komandasına qoşulmağa dəvət edirik. Şirkətimizin siması və Korporatov Satış üzrə Menecer olaraq Siz şirkətinin mövcud və potensial müştərilərinə məhsullarımızın bütün çeşidlərinin satışının həyata keçirilməsi işini təşkil edəcəksiz. Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Qafqazın ən böyük Sənaye müəssisəsinin gənc və dinamik komandasında iş təcrübəsi Satış sisteminin təkmilləşdirilməsində konsultantların dəstəyi ilə yaxından iştirak və liderlik Adekvat əmək haqqı və satış hədəflərinin icrasına uyğun bonus sistemi Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi Davamlı karyera inkişafı Qanunvericiliyə uyğun sənədləşdirmə Müştərilərlə görüş üçün avtomobil, benzin, telefon, nömrə o cümlədən, şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə Bizim üçün ideal namizəd: Ali təhsil Satış sahəsində ən az 3 il iş təcrübəsi olan 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir İşgüzar danışıqlar aparmaq və yüksək yazılı və şifahi ünsiyyət keyfiyyətlərinə malik olmaq Məhsullarımızın satış potensialı olan müştəriləri yaxşı tanımaq Kompüter və MS Office proqram bilikləri Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dilini bilmək üstünlükdür CRM bilikləri Görəcəyiniz işlər: Müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək Şirkətin istehsal etdiyi məhsulların satışının təşkili Müştərilər və məhsulların çeşidləri üzrə satış hədəflərini maksimum həyata keçirmək Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək Bazarın araşdırılmasını, mövcud rəqabət mühitini analiz etmək Müştəri bazasının formalaşdırılması Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması İşgüzar və korporativ danışıqların aparılması Yeni müştərilərlə müqavilələrin bağlanılması Əgər bizim axtardığımız ideal Korporativ Satış Meneceri Sizsinizsə CV-nizi hraluminium@stp.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: Korporativ Satış Meneceri )

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp