Korporativ hüquq üzrə menecer

Sumqayıt Texnologiyalar Parkı MMC nin Biznes Vahidi STP Alüminium MMC Zavod 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Vəzifənin adı: Korporativ hüquq üzrə menecer Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ideal namizəd: – Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilən; – Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsi olan, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilən; – Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilən; – Rus və ingilis dillərini mükəmməl səviyyədə bilən; – Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik; – İşgüzar və məsuliyyətli; – İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olandır. Hansı işləri görəcəksiniz: – Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası; – Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi; – Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək; – Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası; – Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi; – Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması; – Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi; – Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək; – Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi; – Rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi. Nə əldə edəcəksiniz? – Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; – Adekvat əmək haqqı; – Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; – Davamlı karyera imkanı.
Əlavə məlumatlar: – Əmək haqqı razılaşma əsasında; – Şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə; – İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00, 5 günlük iş həftəsi; – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Korporativ hüquq üzrə menecer yazaraq hraluminium@stp.az ünvanına göndərmələri xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp