Frezerçi / Alüminium və mis profillər zavodu

VƏZİFƏ ÖHDƏLİKLƏRİ: – İstifadəsinə təhkim edilən frez dəzgahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilməli; – İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli; – Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli; – Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli; – Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli; – Verilmiş tapşırıqların texnologiyaya uyğun aparılmasına nəzarət etməli, problem yarandıqda mühəndis mexanikə məlumat verməli və səbəbini araşdırmalı; – Əgər iş zamanı hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilingərlərə aidiyyatı üzrə müraciət etməlidir və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir; – Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli; – İş yerini təmiz saxlamalı; – Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli; – Öz fəaliyyəti ilə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli. TƏHSİL/TƏCRÜBƏ: – Ali texniki təhsil; – Analoji sahədə ən azı 3 il iş təcrübəsi; – Cizgiləri oxumağı bacarmalı;
Əlavə məlumatlar: – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; – İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 17:00, 5 günlük iş həftəsi; – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. – Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Frezerçi/Alüminium və mis profillər zavodu yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. – Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. STP MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, STP MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp