Böyük hüquqşünas – Korporativ hüquq üzrə

Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ən ideal namizəd : – Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli – Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməli – Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli – Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli O cümlədən : – Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli – Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı – İşgüzar və məsuliyyətli olmalı – İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı. Hansı işləri görəcəksiniz : – Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası – Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi – Komplayens siyasətinin işlənib hazırlanmsı və icrasına nəzarət – Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək – Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası – Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi – Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması – Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi – Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək – Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi – Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi. Nə əldə edəcəksiniz ? – Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı – Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi – Təlim və inkişaf məsələlərində şirkətin tam dəstək – Davamlı karyera imkanı – Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı Əlavə məlumatlar : – Əmək haqqı razılaşma əsasında – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə – İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00, 5 günlük iş həftəsi – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Böyük hüquqşünas yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp