Baş mühasib

Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində mühasibatlıq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ən ideal namizəd: – Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli – Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla) – MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.
O cümlədən: – İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı – Milli və beynəlxalq uçot standartlarını bilməli – Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.
Hansı işləri görəcəksiniz: – Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq – Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək – Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək – İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək – Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək – Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək – Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Nə əldə edəcəksiniz: – Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı – Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi – Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy – Davamlı karyera imkanı – Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı
Əlavə məlumatlar: – Əmək haqqı razılaşma əsasında – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə – İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 18:00, 5 günlük iş həftəsi – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Baş mühasib yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp