Aparıcı mütəxəssis, Proqram təminatı və idarəetmə sistemləri şöbəsi

Vəzifə öhdəlikləri: – İqtisadi və digər məsələlərin həllinin riyazi modellərinin, alqoritmlərinin təhlili əsasında hesablama texnikası vasitələri ilə alqoritm və muvafiq məsələlərin yerinə yetirilməsi imkanını təmin edən proqramları işləyib hazırlamaq, onların testləşdirilməsini və sazlanmasını həyata kecirmək; – Yeni cıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata kecirmək; – Alqoritmik funksiyaları təyin edib yazdığı program təminatının blok sxemini hazırlamaq; – Hazır program təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək; – Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək; – Perspektivli işlər və texnologiyalar barədə şobə rəhbərinə mutəmadi məlumat vermək; – Tapşırılmış iş barədə mutamadi olaraq şobə rəhbərinə məlumat vermək; – Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək; – Fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə yerli və xarici muəssisələrlə əlaqələr qurmaq. TƏHSİL / TƏCRUBƏ: – Ali təhsil – Analoji sahədə ən azı 3 il iş təcrubəsi; – JS ilə işləmə bacarığı; – C#, .Net proqramlaşdırma HTML5, CSS3 ilə işləmə bacarığı; – Angular framework ilə işləmə bacarığı; – Oncədən yazılmış movcud kodları təhlil etmək və onlarla işləmək bacarığı; – Git işləmə bacarığı. ƏLAVƏ MƏLUMATLAR : – Əmək haqqı razılaşma əsasında; – Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; – İş vaxtı: Bazar ertəsi Cumə, 09:00 18:00, 5 gunluk iş həftəsi; – İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir; – Gostərilən tələblərə cavab verən namizədlərdən CV-lərini movzu yerinə Aparıcı mutəxəssis, Proqram təminatı və idarəetmə sistemləri şobəsi yazaraq e-mail unvanına gondərilməsi xahiş olunur; – Yalnız tələblərə cavab verən namizədlər musahibəyə dəvət olunacaqdır. STP MMC irqi, rəngi, dini, cinsi, milli mənşəyi, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan butun işcilərinə və muraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dovlət qanunlarının tələblərinə əsasən, STP MMC-yə istənilən ərazidən muraciət edən namizədlərin / işcilərin işə qəbulunda ayrı-seckilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata kecirir. Bu siyasət işə qəbul, işə goturmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri cağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla butun qayda və şərtlərinə şamil olunur.

Sumqayıt Texnologiyalar Parkı

Əlaqə İnformasiya:
cv@stp.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp