Satış təmsilçisi

Vəzifə öhdəlikləri:
Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, potensial müştərilərin müəyyənləşdirilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması; Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanması; Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək; Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq; Satış  aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq
Tələblər:
Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir); Xanım və bəy  namizədlər                                                                                              Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan); Satış sahəsində ən az  2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi  xidmətlər. və s.); MS Office proqramlarını bilən; Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan; Karyerasını satış sahəsində qurmaq istəyi olan; Biznes etikası və biznes görünüşə sahib olan; Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən; Analitik düşünmə qabliyyəti olan; Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan; Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;
İş şəraiti:
– İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ; – AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; – Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək; – Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər; Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin   e-mail ünvanına  “Satış təmsilçisi” qeyd etməklə CV göndərməsi zəruridir.    

Saglam Aile

Əlagə İnformasiya:
hr@saglamaile.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp