Həkim laborant

Sağlam Ailə tibb mərkəzi  Həkim laborant vakansiyası elan edir: Vakant vəzifə haqqında: Müayinələrin, avadanlıqların işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparır. Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasında iştirak edir. Mərkəzin digər ixtisasdan olan həkimlərini laboaror müayinələrlə bağlı konsultasiya edir və müayinə nəticələrini interpretasiya edir. Laboratoriyadaxili nəzarətin həyata keçirilməsini təmin edir, özünün və laboratoriyanın orta tibb personalının(laborant)  işinin təhlilini aparır. Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət edir. Namizədə olan tələblər: Müvafiq sahə üzrə təhsil; Sertifikasiya şəhadətnaməsi; Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı; Məsuliyyətli və  komandada işləmə bacarığı; İş təcrübəsi: ən azı 5 il tibb bacısı kimi iş təcrübəsi;
İş şəraiti:
AR əmək məcəlləsinə əsasən sənədləşmə Müraciət etmək üçün CV-nizi elektron ünvanına “Həkim laborant“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq  

Saglam Aile

Əlaqə İnformasiya:
hr@saglamaile.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp