Anbardar köməkçisi

Vəzifə öhdəlikləri:
Yoxlanılmış qaiməfakturaları sistemə daxil edilməsi üçün anbardara təqdim etmək; Mallar yoxlanılıb qəbul edildikdən sonra müvafiq anbar rəflərinə yığılması işlərini təşkil    etmək; Anbarda məhsulların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini təşkil edən zaman anbar sahələrindən səmərəli istifadə edilməsi, səliqəli saxlanması, materialların axtarılmasının asanlaşdırılması, tezləşdirilməsi amillərini nəzərə almaq; Məhsulların  anbara qəbulu zamanı faktiki miqdarını, qablaşdırılmanın vəziyyətini və sənədlərlə uyğunluğunu yoxlamaq, kənarlaşmalar olduqda anbardara və təchizatçıya (tədarükçüyə) məlumat vermək; Yükləri yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra anbara qəbul etmək;   Anbardan çıxarılan  və daxil olan məhsulların qeydiyyatını aparmaq; Anbara qəbul edilmiş məhsulların keyfiyyətini  yoxlamaq və bu haqda hesabat yazmaq; Anbar ilə əlaqəli rəhbərinin digər şifahi və yazılı tapşırıqlarını icra etmək; Namizədə olan tələblər: Ali və ya orta (və ya orta ixtisas) təhsil; Azərbaycan dilini yüksək səviyyədə (yazı, danışıq, oxuma) bilməli; Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı; Komanda daxilində işləməyi bacarmalı; Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır; Qarşısına qoyulan hədəfləri yerinə yetirməli; MS ofis (MS Word MS Excel) proqramlarından istifadə  təcrübəsi; Vəzifə üzrə ən azı 1 il iş təcrübəsinin olması;
İş şəraiti:
 İş günü: 6 gün (bazar-bayram günləri istirahət) ;  AR Əmək Qanunvericiliyinə  uyğun sənədləşmə;  Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;   Əməkdaşlar və ailə üzvləri üçün endirimli tibbi xidmətlər; Müraciət etmək üçün vakansiyanın tələblərinə uyğun olan namizədlərin    e-mail ünvanına  “Anbardar Köməkçisi” qeyd etməklə CV göndərməsi zəruridir.    

Saglam Aile

Əlagə İnformasiya:
hr@saglamaile.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp