Kürdəmir Filialında İstehlak Kreditləri üzrə Mütəxəssis vakansiyası. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. VƏZİFƏ ÖHDƏLİKLƏRİ: Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək; Müştərilərin ödəniş qabiliyyətləri və düşərli borcun təhlil edilməsi; Kreditləşmə üzrə müvafiq sənədləşməni həyata keçirmək; Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR: Ali təhsil; Yüksək ünsiyyətqurma və təqdimetmə bacarığı; Bazar araşdırması prosesinin təşkili bacarığı; Komanda tərkibində işləmək bacarığı; Əla səviyyədə Azərbaycan və Rus dili biliyi; Operativ, məsuliyyət, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti; Sahə üzrə 1 illik iş təcrübəsi. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini e-mail elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İstehlak Kreditləri-Kürdəmir” göstərməyiniz xahiş olunur.ƏLAQƏ VASİTƏLƏRİ:E-mail: e-mailTelefon: (012) 598 44 88Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Əlaqə İnformasiya:
career@rabitabank.com, (012) 598 44 88, Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33