Kart Biznesi Departamenti / Mütəxəssis – Baş Mütəxəssis

Kart Biznesi Departamentinin Kart Əməliyyatlarına Dəstək Şöbəsində Mütəxəssis Baş Mütəxəssis Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Əsas vəzifələr:Kart sifarişlərinin qəbulu, işlənməsi və hazır kartların filiallara göndərilməsi;Filiallardan gələn şifahi və yazılı müraciətlərin cavablandırılması (problemli əməliyyatlar, kart məhsulları və s.);Müxbir banklar və Ödəniş Sistemləri (Mastercard/Visa) ilə hesablaşmaların aparılması, gündəlik müxabirləşmələrin verilməsi;Bankomatlarda ilişib qalan kartlar üzrə araşdırmaların aparılması, saxlama səbəblərinin müəyyən edilməsi, kartların müştərilərə qaytarılması və ləğv edilməsi;Bankomatlarda və POS-terminallarda keçən natamam əməliyyatlar üzrə sorğuların (ilişib qalan vəsaitlər, bloka salınmış vəsaitlər, geri qayıdan vəsaitlər və s.) araşdırılması və icrası;Bank kartları və xidmətləri ilə bağlı daxili və xarici sorğuların cavablandırılması;Bankın plastik kartları ilə aparılan əməliyyatlara nəzarət edilməsi;Bankdaxili qayda və təlimatları bilmək və onlara riayət etmək.
Namizədə olan tələblər:Ali təhsil;Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi arzuolunandır;Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini e-mail elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kart Biznesi yazmağınız xahiş olunur. ,

Rabitəbank

Əlaqə İnformasiya:
career@rabitabank.com, (012) 598 44 88, Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp