Vergi üzrə mühasib

PAŞA Sığorta ASC namizədləri Vergi üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edir; – Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləyir, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirir; – Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparır; – Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edir və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin edir; – Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin edir; – Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparır; – Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak edir; – Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qoruyur; – Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.Bilik və göstəricilər: – Maliyyə, mühasibat uçotu və ya iqtisadi ali təhsil; – Dövlət qurumlarına aid proqram təminatı ilə sərbəst işləmək bacarığı; – Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi üzrə biliklər;Təcrübə – Maliyyə sahəsində vergi mühasibi kimi 2 il iş təcrübəsi;Bacarıqlar – Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; – MUP və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları; – Dəqiqlik, diqqətlilik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, problemli vəziyyətləri həll etmək qabiliyyəti və komandada işləmək bacarığı; – Tez qavrama və öz üzərində işləmək qabiliyyəti;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp