Tibbi müştəri əlaqələri üzrə kiçik mütəxəssis / assistent

“PAŞA Sığorta” ASC namizədləri “Tibbi müştəri əlaqələri üzrə kiçik mütəxəssis/ assistent” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Tibbi sığorta proqramları, onların xüsusiyyətləri barədə müştərilər və onların əlaqəli şəxslərinə məsləhət xidmətinin göstərilməsi;- Müştərilərə tibbi sığorta proqramları üzrə təqdimatların keçirilməsi; təqdimat zamanı sual və sorğuların dolğun cavablandırılması.- Müştərilərin əlaqəli şəxslərindən daxil olan məlumatlara əsasən sığorta olunanların siyahılarına cari dəyişikliklərin şirkətdaxili elektron bazada əks olunması, müvafiq məlumatların Asistans şirkətlərinə ötürülməsi, müştərilərlə razılaşdırılmış müddətə əsasən Tibbi sığorta müqavilələrinə Əlavələrin buraxılması;- Birbaşa müdirin rəhbərliyi altında müqavilələrin yenilənməsi prosesinə hazırlıq- Tibbi sığorta üzrə sığortalanmış şəxslər üçün plastik kartların sifarişinin təmin olunması, həmçinin bu prosesə nəzarət;- Tibbi sığorta üzrə sənədlərin buraxılması, (müqavilələr, şəhadətnamələr, sliplər və müqaviləyə əlavələr); sənəd bazasının aparılması və mütəmadi yenilənməsi;- Müştəri məmnuniyyətinin ölçülməsi və qorunması məqsədi ilə müştərilər və ya onların əlaqəli şəxsləri ilə görüşlərin keçirilməsi; Mütəmadi olaraq tibbi sığorta üzrə sığorta olunan şəxslər arasında müştəri məmnuniyyəti sorğularının keçirilməsi, daxil olan sorğu vərəqələrinə əsasən alınmış məlumatın təhlili və sistemləşdirilməsi, sorğu nəticəsində aşkarlanan şikayətlərin cavablandırılması, müvafiq hesabatların birbaşa rəhbərə təqdim olunması;- Müştərilər və ya onların əlaqəli şəxsləri tərəfindən daxil olan gündəlik sorğuların/şikayətlərin araşdırılması və cavablandırılması- Tibbi sığorta üzrə cari hesabatların aparılmasında rəhbərliyə kömək; müvafiq hesabatların hazırlanması- Buraxılmış şəhadətnamələr və əlavələr üzrə debitor borcların təhlili və izlənməsi, bu mövzuda müştərilərlə danışıqların aparılması- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.BİLİKLƏR- Ali təhsil (tibb sahəsində arzuolunandır);- Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini orta danışıq səviyyəsində bilmək.TƏCRÜBƏ- Tibbi sığorta və ya bununla əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi.BACARIQLAR- Ünsiyyət bacariğı;- Qeyri standart vəziyyətə cəld reaksiya.- Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.
Son müraciət tarixi: 30 oktyabr, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp