Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert

“PAŞA Sığorta” ASC namizədləri “Tibbi iddialar üzrə mütəxəssis/ Tibbi ekspert” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi.- Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;- Tibbi müəssisələrin qiymət cədvəllərinin və xidmət şərtlərinin, xidmət səviyyəsinin, habelə həkim personalının və yazılan reseptlərin təhlili nəticəsində birbaşa rəhbərə rüblük hesabatların təqdim olunması; təhlil nəticəsində prioritet klinikalar və həkimlərin siyahısının tərtibində birbaşa rəhbərə dəstək;
Tələb olunan bilik və bacarıqlar:
– Ali tibbi təhsili;- Müvafiq səhiyyə/ tibbi sığorta sahəsində ən azı 3 il iş təcrübəsi;- Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;- Dil bilikləri: Azərbaycan və rus sərbəst, ingilis dilini danışıq səviyyəsi;- Ünsiyyət qurmaq bacarığı;- Qeyri standart vəziyyətə cəld reaksiya vermək;- Məntiqi təfəkkür;- Dürüstlük;- Qərəzsizlik və obyektivlik.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp