Tibbi iddialar üzrə kiçik mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri “Tibbi iddialar üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– İş günü ərzində müştərilərdən gələn zənglərin əsasında sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi- sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və sığorta təminatı ilə bağlı məsləhətlərin verilməsi- Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;- Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların sistemə daxil edilməsi;- Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək;- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil (tibbi təhsil arzuolunandır);- tibbi sığorta və ya müvafiq səhiyyə sektorunda 1 ildən az olmayan iş təcrübəsi;- Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;- Azərbaycan və Rus dilləri ;- Ünsiyyət qurmaq bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp