Tibbi ekspert

Bakı2019-10-16 – 2019-10-30
“PAŞA Sığorta” ASC namizədləri “Tibbi ekspert” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə əlaqənin yaradılması, tibb müəssisələrinin heyətinə tibbi sığorta prinsiplərinin izahı; sığorta şirkətinin nüfuzunun qorunması;- Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkilinə və onların tibb müəssisəsində olduğu müddətdə müalicə prosesinə nəzarət;- Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsi. Sığorta olunan şəxslərin müraciəti ilə bağlı tibb müəssisələrindən daxil olan sənədlərin təhlili, sığorta hadisələrinin tibbi-maliyyə ekspertizanın həyata keçirilməsi, tələb olunduqda ekpertizanın bilavasitə tibb müəssisəsində keçirilməsi. Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildiyi halda Sığorta Aktının hazırlanması;- Assistans Mərkəzinin əməkdaşlarına klinikalar ilə iş xüsusiyyətlərinin izahı, cari məsələ və tapşırıqların həllində köməklik;- Sığorta şərtlərinin təkmilləşdirilməsi prosesi çərçivəsində sığorta növləri üzrə sənədləşmə bazasının (sığorta aktları, hesabat formaları və s.) yaradılması və mütəmadi yenilənməsində iştirak;- Tibbi sığorta üzrə zərərlərin cari təhlilinin hazırlanmasında departament rəhbərliyinə kömək;- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.BİLİKLƏR- Ali təhsil (tibb sahəsində) və ya müvafiq səhiyyə sahəsində uzunmüddətli təcrübə;- Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini danışıq səviyyəsində bilmək.TƏCRÜBƏ- Müvafiq səhiyyə/ tibbi sığorta sahəsində ən azı 3 il iş təcrübəsi.BACARIQLAR- Ünsiyyət qurmaq bacarığı;- Qeyri standart vəziyyətə cəld reaksiya vermək;- Məntiqi təfəkkür.
Son müraciət tarixi: 30 oktyabr, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səyfəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp