Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə assistent/ kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, tələbnamə, məktub və s.) hazırlanması;- Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;- Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;- Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti departament rəhbərlərinə təqdim edilməsi;- Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.Bilik və bacarıqlar: – Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.- Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.- Ünsiyyət qurmaq bacarığı;- Məsuliyyətlilik;- Dəqiqlik;- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.- Komanda ilə işləmək bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp