Strateji idarəetmə üzrə baş mütəxəssis

Bakı2019-08-09 – 2019-08-30
“PAŞA Sığorta” ASC namizədləri Strateji idarəetmə üzrə baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Rəqabət strategiyasının seçilməsi prosesində iştirak etmək;- Şirkətin strateji planının hazırlanmasında iştirak etmək;- Strateji plan üzrə proqnoz, maliyyə göstəricilər modelinin hazırlanmasında iştirak etmək;- Strateji planın icrası üzrə dövrü monitorinq aparmaq və nəticələr üzrə hesabat hazırlamaq;- Əməliyyat planının hazırlanmasında və onun izlənilməsində iştirak etmək;- Yerli və xarici Sığorta bazarları ilə bağlı araşdırmalar aparmaq;- Daxili təlimat və qaydalara əsasən sənədlərin operativ və keyfiyyətli hazırlanmasını, onların icrasını və kargüzarlığın aparılmasını təşkil etmək;- Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid məlumat və nəzarət xarakterli hesabatların hazırlanmasını icra etmək.Bilik və bacarıqlar:- Riyaziyyat və ya iqtisadiyyat istiqamətində ali təhsil;- Strategiya və araşdırmalar və ya modelləşdirmə üzrə ən azı 4 il iş təcrübəsi.- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyinin olması arzu olunandır;- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;- Komandada işləmək bacarığı;- Peşəkar təqdimat bacarıqları.- MS Office üzrə qabaqcıl istifadə bacarıqları
Son müraciət tarixi: 30 avqust, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səyfəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp