Sistem administratoru

Bakı2019-10-14 – 2019-11-30
“PAŞA Sığorta” ASC namizədləri “Sistem administratoru” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Əməliyyat sistemlərinin qurulmasına və uyğunlaşdırılmasına nəzarət etmək;- Fiziki serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarətini həyata keçirmək;- Sistemlərin yüksək dərəcədə balanslaşdırılmış və dayanıqlı işini təmin etmək;- İnformasiya sistemlərinin və avadanlıqların monitorinqini həyata keçirmək;- Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq və tətbiqinə nəzarət etmək;- “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək;- Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq;- Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək;- Şirkətin İT siyasət və prosedurlarını uyğun formada işləmək;- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq;- Vmware virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək;- Birbaşa rəhbərin şifahi və yazılı göstərişlərini yerinə yetirmək;Bilik və bacarıqlar:- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;- CISCO Router və Switch-lərinin idarə olunmasını bilmək;- Load Balancing üzrə biliklər;- Web Application Firewall ürzə biliklər;- Windows Server, Linux Server, Internet Information Services (IIS) üzrə biliklər,- MS SQL server üzrə administrativ biliklər;- Active Directory, müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə nəzəri biliklər;- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə biliklər;- Proseslərin avtomatlaşdırması üçün powershell skriptlərin yazılması və dəstəklənməsi ;- CI/CD ürzə teorik biliklərin olması;- MS Team Foundation Serverdə iş təcrübəsi arzu olunandır;- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilmək;- MCSE, CCNA R S və CCNA Security sertifikatlarının olması arzu olunandır.
Son müraciət tarixi: 30 noyabr, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp