Şəxsi sürücü

“PAŞA Sığorta” ASC namizədləri “şəxsi sürücü” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Nəqliyyat vasitəsinin tələb olunan standartlara uyğunluğunu təmin etməklə nəqliyyat vasitəsinin vəziyyəti və təhlükəsizliyinə nəzarət edilməsi;- Açıq-aydın nasazlıqların, axıtmaların və digər problemlərin mümkünlüyünü müəyyənləşdirmək, yanacaq bakında yanacağın olmasına, şüşətəmizləyən bakda mayenin olmasına, əyləc sisteminin işlək vəziyyətdə olmasına və s. nəzarət etmək üçün nəqliyyat vasitəsinə baxış keçirilməsi;- Nəqliyyat vasitəsinin həm üzdən, həm də içəridən təmiz olmasına nəzarət etmək, səliqəli və işlək vəziyyətdə olmasının təmin edilməsi;- Hər gün işə başlamazdan əvvəl bütün lazımi sənədlərin (sürücülük vəsiqəsi, idarə olunan nəqliyyat vasitəsinin texniki pasportu, etibarnamə, icbari sığorta haqqında şəhadətnamə, reklamdan istifadə üçün icazə) qaydasında olmasına nəzarət edilməsi;- Plana uyğun prafilaktik qulluq və plandankənar təmir və düzəltmə işləri də daxil olmaqla vacib xidmət yoxlanışı barədə Nəqliyyat xidmətləri şöbəsinin rəhbərinə vaxtında məlumat verilməsi;- AR Yol hərəkəti qaydalarının (YHQ) pozulması və bu inzibati hüquq pozuntularına görə müəyyən edilmiş maliyyə sanksiyalarının (cərimələr) ödənilməsi üçün şəxsən məsuliyyət daşımaq;- Birbaşa müdirin göstərişinə əsasən digər tapşırıqların yerinə yetirilməsi.Bilik və bacarıqlar:- Ali təhsili olanlara üstünlük verilir;- “B” kateqoriyalı sürücülük vəsiqəsi;- Avtomobilin quruluşu üzrə yaxşı biliklər.- Şəhər ərazisini yaxşı tanıma;- Müvafiq kateqoriya üzrə nəqliyyat vasitəsinin idarə olunmasında 3 illik təcrübə;- Bayıl qəsəbəsi, İçəri şəhər metro stansiyasının ətrafı və 20-ci dairə ətrafında yaşayan namizədlərə üstünlük veriləcəkdir.Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.
Son müraciət tarixi: 30 iyul, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp