Satış üzrə assistent

Sumqayıt2019-12-16 – 2019-12-30
“PAŞA Sığorta” ASC namizədləri “ Sumqayıt nümayəndəliyində satış üzrə assistent “ vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;- Şirkətə müraciət edən müştərilərə mövcud Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;- Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.BİLİKLƏR- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;- Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.TƏCRÜBƏ- Sığorta və satış istiqamətində iş təcrübəsi olan namizədlərə üztünlük verilir.BACARIQLAR- Ünsiyyətçilik;- Dəqiqlik;- Öz fikirlərini təmiz ifadə etmək bacarığı;- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;- Komanda ilə işləmək bacarığı;- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.
Son müraciət tarixi: 30 dekabr, 2019-cu il.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp