Satış kanalları üzrə assistent

“PAŞA Sığorta” ASC namizədləri Satış kanalları üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;- Şirkətə müraciət edən müştərilərə mövcud QSWI-31 Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;- Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi;- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərilməsi;- Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.Bilik və bacarıqlar:- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.- Əmlak satışı istiqamətində çalışan namizədlərə üstünlük verilir.- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.- Satış sahəsi üzrə təcrübəsi olan namizədlər (xüsüsən sığorta sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir)
Son müraciət tarixi: 25 dekabr, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp