Risklərin idarəolunması üzrə baş mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparır və yayınmalar barədə məlumat verir;- Daxili qaydalara əsasən risklərin dəyərləndirilməsi və cavab strategiyasının seçilməsi prosesini icra edir;- Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi üçün periodik təhlillər aparır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərlə çıxış edir;- İnsidentlərin və dəyişiklik sorğularının idarəolunması prosesinə nəzarəti həyata keçirir;- Müstəqil araşdırmalar aparır və nəticələri ilə bağlı hesabatlar hazırlayır;- İstiqaməti üzrə daxili qayda və prosedurları formalaşdırır və yeniləyir;- İstiqaməti üzrə daxili təlimlərin keçirilməsində iştirak edir.Bilik və bacarıqlar:- Biznesin idarəolunması, iqtisadiyyat, mühasibatlıq, maliyyə, riyaziyyat istiqaməti üzrə ali təhsil;- 3 il risklərin idarəolunması, audit, daxili nəzarət sahəsində iş təcrübəsi;- MS Excel, Visio üzrə peşəkar səviyyədə biliklər;- Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etmək bacarığı, rus dilinin işlək səviyyədə olması;- CIA və ya ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük verilir;- Güclü analitik təfəkkür;- Danışıqların aparılması/ünsiyyət qurma bacarığı;- Problemlərin effektiv həll edilməsi bacarığı;- Stressə davamlılıq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp