Risklərin idarəolunması (maliyyə) üzrə  mütəxəssis

PAŞA Sığorta ASC namizədləri Risklərin İdarəolunması Departamentində Risklərin idarəolunması (maliyyə) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;- Maliyyə risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək;- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;- Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;- Risk iştahının hazırlanmasında iştirak etmək;- Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;- Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi;- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.BİLİKLƏR- Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili;- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır);- Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır.TƏCRÜBƏ- Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Big4 şirkətləri, sığorta şirkətlərinin birində və ya bank təcrübəsi olan namizədlərə üstünlük verilir);
Bacarıqlar:
– Təqdimat bacarıqları;- Komandada işləmək bacarığı;- Yaxşı ünsiyyət bacarığı;- Məntiqi və analitik düşüncə;- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;- Stressə davamlılıq;- Təşəbbüskarlıq;- Məqsədyönlülük;- Emosional stabillik və məsuliyyətli olmaq;- Böyük məlumat bazaları ilə işləmək bacarığı;- Modelləşdirmə.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp