Risklərin idarəolunması (əməliyyat) üzrə mütəxəssis

PAŞA Sığorta ASC namizədləri Risklərin İdarəolunması DepartamentindəRisklərin idarəolunması (əməliyyat) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək;- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq;- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;- Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq;- Risk iştahının hazırlanmasında iştirak etmək;- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək;- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.BİLİKLƏR- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat təhsili;- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.TƏCRÜBƏ- Risklərin idarə olunması, audit, maliyyə üzrə minimum 1 il təcrübə (Sığorta şirkətlərinin birində və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir);
Bacarıqlar:
– Təqdimat bacarıqları;- Komandada işləmək bacarığı;- Yaxşı ünsiyyət bacarığı;- Məntiqi və analitik düşüncə;- Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;- Stresə davamlılıq;- Təşəbbüskarlıq;- Məqsədyönlülük;- Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp