Qəza komissarları şöbəsinin rəhbəri

PAŞA Sığorta ASC namizədləri Qəza komissarları şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrini qəbul edərək tərəflər arasında imzalanmış müqavilə əsasında mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;- Tabeçiliyində olan əməkdaşlardan sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;- Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;- Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına nəzarət edilməsi;- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;- Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;- Hadisə barəsində məlumatı birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;- Aylıq olaraq sığorta hadisələri üzrə hesabatı və digər hesabatları rəhbərliyə təqdim etmək;- Səlahiyyətli dövlət orqanları və digər qurumlar ilə danışıq və kommunikasiyaların qurulması;- Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.BİLİKLƏR – Ali təhsil;- Şirkətdə fəaliyyətdə olan sığorta qaydalarını bilmək;- YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması.TƏCRÜBƏ – İdarəetmə sahəsində və həmçinin sığorta sahəsində 3 il iş təcrübəsi.
Bacarıqlar:
– Ünsiyyət qurmaq bacarığı;- Problemlərin həlli bacarığı;- Komanda ilə işləmək bacarığı,- Liderlik;- Əməkdaşları daha yaradıcı işə təlqin etmək;- Müştərilərlə iş üsulları biliyi.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzü bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp