Müştəri münasibətləri və hüquqi təminat üzrə mütəxəssis/ baş mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri Müştəri münasibətləri və hüquqi təminat üzrə mütəxəssis/ baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;- İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;- Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;- Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;- Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;- Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;- Departament əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;- Departament əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;- Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;- Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;- Zəruri hallarda Şirkətin məhkəmə orqanlarında təmsil etmək;- Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.BİLİKLƏR- Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilmək;- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.TƏCRÜBƏ- Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 2 il iş təcrübəsi.BACARIQLAR- Ünsiyyət qurmaq bacarığı;- Problemlərin həlli bacarığı;- Komanda ilə işləmək bacarığı,- Liderlik;- Əməkdaşları daha yaradıcı işə təlqin etmək;- Müştərilərlə iş üsulları biliyi.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp