Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis

Bakı2019-08-09 – 2019-08-30
“PAŞA Sığorta” ASC namizədləri Müştəri münasibətləri və hüquqi təminat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;- Hadisə barəsində məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;- Sığorta hadisələri üzrə sənədləşmənin və uçotun aparılması;- Müvafiq dovlət orqanlarına və təşkilatlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;- İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi;- Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.Bilik və bacarıqlar:- Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;- Biznes sahəsində və ya müştərilər ilə minimum 1 il iş təcrübəsi.- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi;- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;- Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilinin əsaslarını bilmək.- Ünsiyyət qurmaq bacarığı;- Stressə davamlılıq.
Son müraciət tarixi: 30 avqust, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi