Marketinq araşdırmaları və yeni məhsulların hazırlanması üzrə baş mütəxəssis/mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri “Marketinq araşdırmaları və yeni məhsulların Hazırlanması üzrə baş mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– “Yeni məhsulların yaradılması” proseduruna uyğun olaraq ideyaları lazımi mərhələlərdən keçirməklə məhsulları yaratmaq/ məhsullar üzrə layihələri idarə etmək;- Məhsullar üzrə daxili bazada yerləşən verilənləri (data) intellektual təhlil etmək – mövcud məhsulların xarakteristikasını öyrənmək;- Məhsullar üzrə xarici marketinq araşdırmasını aparmaq və ehtiyac olduğu zaman bazar araşdırması layihələrini təşkil/ icra etmək;- Şirkət daxili ideyaların cəmləşdiyi platformaya daxil olan təkliflərin ilkin analitikasını aparmaq, müvafiq əməkdaşlarla görüşlər təşkil etmək, ideyaları ətraflı müzakirə etmək;- Təklifləri, ideyaları, sorğuları reyestrə daxil etmək və mütəmadi olaraq statusları yeniləmək;- Təklifləri, ideyaları, sorğuları prioritetlər üzrə sıralamaq;- Məhsullar üzrə qiymətin/ tarifin (sığorta haqqı), şərtlərin hazırlanmasında/ yenilənməsində və s. işlərdə aktuariat və anderraytinq istiqamətlərinə dəstək göstərmək;- Məhsullar üzrə tələbləri müştəri ehtiyaclarına əsasən hazırlamaq/ uyğunlaşdırmaq;- Məhsulların avtomatlaşması mərhələsində biznes analitiki ilə sıx işləmək, tələbləri düzgün kommunikasiya etmək;- Sığorta məhsulları üzrə müvafiq əməkdaşlara təqdimatlar/ təlimlər keçirmək, müxtəlif kommunikasiya metodları ilə onları məlumatlandırmaq və uyğun olarsa əməkdaşların məhsullar üzrə biliklərini yoxlamaq;- Məhsulların bazara təqdim edilməsində müvafiq istiqamətlərə (məs. marketinq kommunikasiyaları) dəstək olmaq;- Yeni məhsullar üzrə mütəmadi olaraq monitorinq aparmaq, analitika etmək və hesabatlıq hazırlamaq.- Məhsullara dair digər istiqamətlərin sorğularını cavablandırmaq, dəstək göstərmək;- Sığorta məhsulları üzrə peşəkar və texniki biliklərin artırılması üçün müvafiq kvalifikasiyaları (Cert CII, Dip CII) əldə etmək, seminarlarda və təlimlərdə iştirak etmək;- Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.Bilik və bacarıqlar:- Biznesin idarə edilməsi, Marketinq, Layihələrin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili;- Marketinq (əsasən məhsulların yaradılması və idarə edilməsi istiqaməti), layihələrin idarə edilməsi, biznesin inkişafı, və ya digər oxşar istiqamət üzrə minimum 2 il iş təcrübəsi.- Dil bilikləri: Azərbaycan və İngilis dilini yüksək səviyyədə bilmək; Rus dilini orta səviyyədə bilmək;- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı.- Güclü analitik və problemləri həll etmə bacarıqları;- Güclü kommunikasıya və liderlik bacarıqları;- Bazarda baş verən hadisələri, trendləri və müştəri ehtiyaclarını analiz etmə bacarığı.
Son müraciət tarixi: 30 dekabr, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp