Maliyyə hesabatları üzrə mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri “Maliyyə hesabatları üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.Əsas öhdəliklər:- Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərinin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;- Aylıq korporativ hesabatların (“Rəhbərliyə Hesabat”) və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasında bilavasitə iştirak etmək;- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;- Daxili hesabat sisteminin inkişaf prosesinə tövhə verir və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq.- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;- Sığorta portfeli üzrə maliyyə vəziyyətinin təhlilində iştirak etmək;- Kənar auditorların məlumat təminatında iştirak etmək;- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).Tələb olunan göstəricilər və bacarıqlar:- Ali təhsil. İxtisas – Maliyyə, Mühasibat və s.- İstiqamət üzrə 2 ildən çox təcrübə.- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili biliyininn olmas.- MS Office ilə qabaqcıl istifadə bacarıqları.- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.- Stresə davamlı, komandada işləmək bacarığı, təqdimat bacarığı, MHBS haqqında biliklər.- Böyük dördlüyə (Big Four) aid olan audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Son müraciət tarixi: 12 Aprel 2020-ci ilZəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp