Maliyyə hesabatları üzrə baş mütəxəssis

Bakı2019-08-09 – 2019-08-30
“PAŞA Sığorta” ASC namizədləri Maliyyə hesabatları üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;- Kənar auditorların məlumat təminatında iştirak etmək;- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək;- Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqlarının məxfiliyinin lazımi səviyyəsinin qorunması;- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.) yerinə yetirilməsi.Bilik və bacarıqlar:- Maliyyə istiqamətində ali təhsil;- “Böyük Dördlük” Şirkətlərində 2-3 illik iş təcrübəsi vəya Maliyyə və MHBS hesabatlılığı sahəsində ən azı 5 il iş təcrübəsi.- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dilinin qabaqcıl səviyyədə olması arzu olunandır;- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq- Peşəkar sertifikasiyanın mövcudluğu arzuolunandır;- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;- MS Office ilə qabaqcıl istifadə bacarıqları.
Son müraciət tarixi: 30 avqust, 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi