Layihələrin idarə olunması üzrə mütəxəssis

PAŞA Sığorta ASC namizədləri Layihələrin idarə olunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək; – Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətlərinə əsasən təkmilləşdirilməsi prosesində dəstək göstərmək; – Layihələrin idarəolunması istiqamətində metodologiyaya uyğun olaraq layihələrin aparılmasında və sənədləşdirilməsində Layihə Menecerlərinə dəstək olmaq; – Rəhbər Komitənin təşkil olunması; – Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi; – Layihə komandasının təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi; – Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq təlim, iclas və seminarların keçirilməsi; – Layihə portfeli üzrə aylıq hesabatların hazırlanması; – Layihə sənədlərinin arxivləşdirilməsini təmin etmək; – Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq; – Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi, tədbirlər planın hazırlanması və icrası.Bilik və bacarıqlar: – Ali texniki, maliyyə, iqdisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil; – Layihələrin idarəolunması istiqamətində ən azı 1 il iş təcrübəsi; – Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır; – Biznes analitik istiqamətində təcrübəsi olan əməkdaşlara üstünlük verirlir; – Peşəkar təqdimat bacarıqları; – Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; – Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq; – Dürüst, geribildildirimə açıq və komandada işləmək bacarığı – Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, Prince2) sertifikasiyanın olması arzu olunandır.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzü bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp