Korporativ hüquq xidmətinin rəhbəri

“PAŞA Sığorta” ASC namizədləri Korporativ hüquq xidmətinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:- Paşa Sığorta ASC-də idarəetmənin hüquqi əsaslarının təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlayır, yaxud hazırlanmasında iştirak edir, struktur bölmələrin qanunvericiliyə zidd qərarlarının ləğvi, yaxud dəyişdirilməsi ilə bağlı təkliflərlə rəhbərlik qarşısında çıxış edir; – Paşa Sığorta ASC-nin struktur bölmələrində və qurumlarda hüquqi təminat və marifləndirmə işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir, bu məqsədlə struktur bölmələrin əməkdaşları üçün seminarlar təşkil edir, habelə iclaslar keçirir;- Sığorta sahəsində normativ hüquqi aktların sistemləşdirilmiş uçotunu aparmaq və külliyyatını hazırlamaq, habelə Paşa Sığorta ASC-nin hüquqi aktlarının elektron ehtiyatının təşkili və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətə metodiki rəhbərlik etmək,- Sığorta sahəsində normativ hüquqi tənzimlənmənin, Paşa Sığorta ASC-nin struktur bölmələrində və qurumlarında idarəetmənin təkmilləşdirilməsi, barədə təkliflərin hazırlanmasında iştirak etmək;- Paşa Sığorta ASC-nin normativ sənədlər fondunun tamamlanması, Korporativ Hüquq Xidmətindəki hüquqi ədəbiyyat kitabxanasına zəruri ədəbiyyatın, məlumat-sorğu kitabçalarının, bülleten və digər dövri hüquqi nəşrlərin toplanılması üçün tədbirlər görmək;- Paşa Sığorta ASC-nin struktur bölmələrində qanunçuluğa riayət olunmasının, hüquqi təminat işlərinin vəziyyətini təhlil etmək, bu işlərin təkmilləşdirilməsinə və səmərəli təşkil edilməsinə dair təkliflər hazırlayıb aidiyyəti üzrə rəhbərliyə təqdim etmək və s.;BİLİKLƏR- Ali hüquqi təhsil;- Dil bilikləri: Yazılı və şifahi Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;- Hüququn mülki, mülki-prosessual, əmək, maliyyə sahələrini yaxşı bilmə, digər sahələrdə orta biliklər.TƏCRÜBƏ- Bu sahədə azı 7 il iş təcrübəsiBACARIQLAR- Çətin şəraitdə işləmək bacarığı;- Komandada işləmək bacarığı;- Məsuliyyətlilik;- Təşəbbüskarlıq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp