Kompensasiya və müavinətlər üzrə mütəxəssis

Bakı2019-11-12 – 2019-11-30
“PAŞA Sığorta” ASC namizədləri Kompensasiya və müavinətlər üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkət üzrə aylıq əmək haqlarını, mükafat, əlavə iş saatları və tutulmalara dair məlumatları hesablamaq, Əmək Haqqı sisteminə (Protech) daxil etmək və ödənişi təmin etmək;- Əlavə ödəniş və ya tutulmalara dair təqdim olan sənədləri yoxlamaq və ehtiyac yaranarsa, hesablamalara dair müvafiq funksiya rəhbərləri ilə aydınlaşdırıcı görüşlərin təşkil edilməsi;- Hər bir əmək haqqı hesablanması dövründə əməliyyatların vaxtında və dəqiq yerinə yetirilməsi üçün iş prosesi təşkil etmək və idarə etmək;- Əməkdaşın aylıq ödənişinə təsir edən bütün vergi və ya əmək qanunvericiliyi tələblərindən irəli gələn dəyişiklikləri araşdırmaq və həyata keçirmək;- Əməkdaşın sorğularını araşdırmaq və onlara vaxtında cavab vermək;- Tələb olunduqda əməkdaşların əmək haqqı ödənişlərini fərdi qaydada yoxlamaq;- Müvafiq tapşırıq verildikdə və ya vəzifə öhdəlikləri ilə tələb olunduqda şöbə daxilində digər sahələr üzrə dəstək göstərmək;- Əməkdaşların fəaliyyətinə təsir edəcək məmnuniyyət proqramlarının, benefit paketlərinin hazırlanması;- Biznes hədəflərinə və strategiyaya uyğun olan Kompensasiya paketinin hazırlanması;- Əməkdaşlara təqdim olunan məmnuniyyət proqramlarının və benefit paketlərinin gözləniltilərə uyğunluğunu yoxlamaq məqsədilə illik sorğuların keçirilməsi, yeni təkliflərin toplanılması, analızı və proses edilməsi, ümumi bazar araşdırmalarının aparılması;- Əməkdaşların şirkətə bağlılığını və məmnuniyyəti artırmaq məqsədi ilə yeni motivasiya sistemlərinin araşdırılması, bazar analizinin təşkil olunması və təşəbbüslərin rəhbərliyə təqdim olunması;- İllik əmək haqqı fonduna birbaşa nəzarət və büdcə istifadəsi üzrə müvafiq hesabatların tərtib olunması;- Bütün məsələlərə münasibətdə məxfilik qaydalarına uyğun davranmaq.Bilik və bacarıqlar:- Əmək haqqının hesablanması üzrə iş təcrübəsi;- Əmək haqqının hesablanması və əmək haqqından gəlir vergisinin tutulması ilə bağlı qanunları dərindən bilmək;- Standart əmək haqqı/mühasibat uçotu anlayışları, təcrübələri və prosedurlarını yaxşı bilmək;- Əmək məcəlləsi üzrə dərin biliklər;- Yüksək səviyyədə excell bilirkləri.BACARIQLAR- Dəqiqlik və məxfiliyi ən yüksək səviyyədə qoruyub saxlamaq;- Müstəqil işləmək, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları;- Yüksək peşəkarlıq səviyyəsi ilə aydın və qısa ünsiyyət qurmaq üçün tələb olunan mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;- Güclü etik dəyərlərə malik olmaq;- Vaxt məhdudiyyəti şəraitində sərbəst işləyə bilmək;- Əsaslandırılmış qərar verə bilmək bacarığı;- Tapşırıqların yerinə yetirilməsində davamlı olaraq operativlik nümayiş etdirmək;- Təzyiq altında işləmək və problemləri həll etmək bacarıqları;- Komandada işləmək bacarığı
Son müraciət tarixi: 30 noyabr, 2019-cu il.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp