İnsan Resursları Biznes Tərəfdaşı

“PAŞA Sığorta” ASC namizədləri “İnsan Resursları Biznes Tərəfdaşı” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– İnsan Resursları strategiyasını biznes strategiyasına uyğunlaşdırmaq üçün rəhbərliklə tərəfdaşlıq;- Daxili siyasət prosedurunun şərhini və tətbiqini həyata keçirmək üçün rəhbərliklə mütəmadi müzakirələr keçirmək; istedadların idarə edilməsi və inkişafı və eləcə də təşkilati dizayn üzrə konsultasiya təşkil etmək;- İşgüzar tərəfdaşlar üçün hazırkı və gələcək dövr üçün tələb olunan kadr və professional ehtiyaclar barədə davamlı təhlil aparmaq və bu ehtiyacları ödəmək üçün strategiya hazırlamaq;- İllik büdcə planlaşdırması / iş proqnozu prosesində işgüzar funksiyalar ilə fəal əməkdaşlıq etmək;- Namizədlərinin müraciətlərini əvvəlcədən nəzərdən keçirmək və vəzifəyə uyğun müvafiq təcrübənin, bilik və bacarığının olub olmamasını təyin etmək;- namizəd müraciətini təmin etmək məqsədilə ali təhsil ocaqları ilə əməkdaşlıq etmək, əmək yarmarkaları, İşəgötürmə kampaniyalarında fəal iştirak etmək;- Yeni işə götürənlər üçün istiqamətləndirmə proqramını təkmilləşdirmək;- Bazarda rəqabət aparmaq üçün innovativ işə qəbul üsulları ilə əlaqəli məlumatlar toplamaq və müvafiq qaydada yenilikləri həyata keçirmək;- İllik perfomans nəticələrini , bonus mükafatları, müavinət qeydlərinin həyata keçirilməsinə nəzarət etmək;- İnsan Resursları gündəliyini idarə etmək üçün 2 nəfərlik bir qrupu idarə etmək və inkişaf etdirmək;BİLİKLƏR VƏ BACARIQLAR- İnsan Resursları və ya əlaqəli biznes istiqaməti üzrə bakalavr (magistr dərəcəsi olanlara üstünlük verilir) dərəcəsi;- İstedad əldə etmək istiqamətində ən azı iki (2) il, HR Business Partner istiqaməti üzrə bes (5)- səkkiz (8) il iş təcrübəsi ;- İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;- Power point, Excel və visiodan mükəmməl istifadə etmək bacarığı;- Performansın idarə olunması üzrə əsas HR proqramları ilə işləmək təcrübəsi;- Müştəri idarəetməsi və işgüzar səriştələr;- Güclü natiqlik bacarığı;- Qeyri-adi və sürətlə dəyişən mühitdə böyümək bacarığı;- Yüksək şəxsi məqsədlərtəyin etmək və müstəqil işləmək bacarığı;- Təşkilatçılıq, çox vəzifəli iş şəraitində prioritetləşdirməyə riayət etmək bacarığı.
Son müraciət tarixi: 30 yanvar, 2020-cu il.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp