Hüquqşünas/kiçik hüquqşünas

“PAŞA Sığorta” ASC namizədləri Hüquqşünas/kiçik hüquqşünas vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;- Şirkətdaxili normativ və kadr sənədlərinin (əmr, təlimat, protokol və s.) hazırlanması və/və ya hazırlanmasında iştirak;- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;- Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması;- Daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsinin təmin edilməsi;- Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə sığorta hadisələri üzrə işlər istisna olmaqla hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi;- Maliyyə Monitorinqi üzrə müvafiq sənədlərin toplanması və reyesterin aparılmasının təmin edilməsi;- Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;- Daxil olan sorğulara əsasən tender üzrə hüquqi sənədlər toplusunun hazırlanmasında iştirak;- Birbaşa rəhbərin tapşırığına əsasən müvafiq işlərin icra edilməsi.Bilik və bacarıqlar:- Ali hüquq təhsili;- Sığorta sahəsində azı 1 il təcrübə;- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus və ingilis dili biliyinin olması arzu olunandır;- MS Office proqramları üzrə istifadə bacarıqları;- Ünsiyyət qurmaq bacarığı;- Komanda ilə işləmək bacarığı;- Stressə davamlı;
Son müraciət tarixi: 15 sentyabr, 2019-cu ilZəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp