Hesabatlıq şöbəsinin rəhbəri

PAŞA Sığorta ASC namizədləri Hesabatlıq şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ( MHBS ) üzrə yarım-illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;- Kənar auditorlarla işlərin koordinasiyası;- Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;- Daxili hesabat sisteminin inkişaf etdirmək və bu prosesin davamlı təkmilləşdirilməsini təmin etmək;- Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək;- Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin etmək;- Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsinin qorunması;- Hesabatlıq şöbəsinin işinin qurulması və komandanın inkişafının təmin edilməsi;- Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqlar (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması və s.).BİLİKLƏR – Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıqTƏCRÜBƏ – Bu sahədə azı 5 il iş təcrübəsi- “Böyük dördlük” şirkətlərində 2-3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək
Bacarıqlar:
– Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;- Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;- Komandada işləmə bacarığı;- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp