Ekspertiza şöbəsinin rəhbəri

PAŞA Sığorta ASC namizədləri Ekspertiza şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;- İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;- Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;- Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi;- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;- Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;- Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;- Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;- Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak etmək;- Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik daşımaq;- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısını tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;- Yekun zərərin təyin edilməsi və məlumatı departamentin müvafiq əməkdaşına ötürülməsi;- Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilinə nəzarət;- Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunması təşkil edilməsinə nəzarət;- Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsinə nəzarət;- Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.BİLİKLƏR – Ali təhsil;- Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması;- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik.TƏCRÜBƏ – Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 3 il iş təcrübəsi, həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi.
Bacarıqlar:
– Ünsiyyət qurmaq bacarığı;- Problemlərin həlli bacarığı;- Komanda ilə işləmək bacarığı;- Liderlik;- Müştərilərlə iş üsulları biliyi.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzü bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp