Daxili Kommunikasiya və Təşkilati İnkişaf şöbəsinin rəhbəri

“PAŞA Sığorta” ASC namizədləri “Daxili Kommunikasiya və Təşkilati İnkişaf şöbəsinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. – Şirkət üzrə daxili kommunikasiya və təşkilati inkişaf istiqamətinin təkmilləşdirilməsi;- Kommunikasiya kanallarının yaradılması, inkişaf etdirilməsi və effektivliyinin təmin edilməsi;- Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsi;- Şirkət daxilində mövcud olan kommunikasiya boşluqlarının təyin olunması və müvafiq tədbirlər planının hazırlanması və icrasına nəzarət;- Mövcud kommunikasiya kanallarından məlumatların düzgün və effektiv formada paylaşılmasına, həmçinin bütün kanallardan mütəmadi olaraq istifadə edilməsinə nəzarət etmək;- Şirkət strategiyasının, dəyərlərinin, gələcəyə baxışının və şirkət daxilində aşılanmasına ehtiyac olan məlumatların hazırlanması və əməkdaşlara düzgün kommunikasiya olunmasına nəzarət;- Rəhbərlər arasında kommunikasiyanın gücləndirilməsi istiqamətində yaradılan platformaların idarə olunması;- İntranet Platformasının yeni funksionallıqlarla mütəmadi inkişaf etdirilməsi və effektivliyinə nəzarət;- Şirkət daxilində sahibkarlıq dəyərinin yaşadılması və əməkdaşların şirkətin gəlirliliyinə və proseslərinin optimallaşmasına töhfəsini təmin etmək məqsədi ilə ideya və təkliflər platformasının idarə olunması və ideyaların reallaşdırılmasına nəzarət;- Əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsini, aktivliyini və inkişafını təşviqedici platformaların idarə olunması ;- Təşkilati inkişaf istiqamətində funksiyaların illik daxili məmnuniyyət sorğularını keçirərək boşluqların müəyyən olunması və aradan qaldırılması üçün tədbirlər planının təklif olunması;- Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsi;- Birbaşa rəhbərin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək;- Daxili Kommunikasiya, Təşkilati İnkişaf və Tədbirlərin təşkil olunması istiqamətində çalışan komanda üzvlərinin idarə olunması;- İnsan Resursları istiqamətində müxtəlif hesabatlılıq işlərinin aparılması (Təqdimatların hazırlanması, Dashboardların yaradılması və s);BİLİK VƏ BACARIQLAR – Ali təhsil;- İnsan Resursları və ya Təşkilati İnkişaf istiqamətində iş təcrübəsinə üstünlük verilir;- Dil bilikləri Yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;- Kompyuter bilikləri Yüksək səviyyədə Microsoft Office proqramından istifadə etmək;- Bu sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;- Biznesi anlamaq;- Analitik düşüncə;- Güclü kommunikasıya bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp