Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis

“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit Xidmətində daxili audit (İT audit) üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin, İT sistemlərinin effektivliyinin qiymətləndirilməsi və məqsədlərə çatması baxımından daxili audit yoxlamasının keçirilməsi;- Əsas İT sistemlər və informasiya infrastrukturunda, eyni zamanda biznes proseslərin icrası zamanı yarana biləcək əsas risklərin aşkar edilməsi, analizi və qiymətləndirilməsi, müvafiq nəzarət mexanizmlərinin mövcudluğunun yoxlanılması və müvafiq tövsiyələrin verilməsi;- Təsdiq olunmuş İllik Audit Planına və Təftiş Komissiyasının tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək ;- Audit prosedurların həyata keçirilməsində iştirak etmək (audit obyektindən məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında birbaşa rəhbərinə vaxtaşırı məlumat vermək ;- Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək ;- Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək ;- Audit zamanı müəyyən olunmuş nöqsanlar barədə Audit Xidmətinin rəhbərinə məlumat vermək ;- Audit nəticələrinin izlənilməsi;- Birbaşa rəhbəri və ya Daxili Audit Xidmətinin Rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək;Biliklər: – Müvafiq sahədə ali təhsil (İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Edilməsi) ;- Audit və ya IT üzrə biliklər ;- Azərbaycan dili biliyi, İngilis və Rus dilləri biliyi (İT, Audit, Biznes Prosesslər və s. istiqamətdə məlumatların oxuması və başa düşülməsi üçün kafi dərəcədə).Bacarıqlar: – Yüksək peşə keyfiyyətlərinə malik olmaq ;- Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək- Məsuliyyətlilik, dəqiqlik, səliqəlilik və təşkilatçılıq qabiliyyəti;- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması ;- Analitik düşüncə tərzi, ünsiyyət qurma bacarıqları ;- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı ;- Kompüter biliyi və müvafiq proqram təminatı (MS Windows məsulları üzrə) ilə işləmək bacarığı ;- Problemlərin effektiv həll edilməsi bacarığı.Təcrübə: – Müvafiq iş təcrübəsi: 2 ildən artıq;
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp