Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Mütəxəssisi/ Baş mütəxəssisi

Bakı2019-10-04 – 2019-10-30
“PAŞA Sığorta” ASC namizədləri “Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Mütəxəssisi/ Baş mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;- PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamenlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;- Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;- Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;- Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;- Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajları keçirmək;- Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;- Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;- İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;- Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;- Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;- Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.Bilik və bacarıqlar:BİLİKLƏR- Ali təhsil;- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;- Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;- Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;TƏCRÜBƏ- Biznes proseslər sahəsində minimum 1-3 il iş təcrübəsi;BACARIQLAR- Güclü kommunikasıya bacarığı.- Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
Son müraciət tarixi: 30 oktyabr, 2019-cu il.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlagə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səyfəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp