Bərdə nümayəndəliyində Satış üzrə assistent

“PAŞA Sığorta” ASC namizədləri Bərdə nümayəndəliyində Satış üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
– Mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində çalışmaq;- Şirkətə müraciət edən müştərilərə mövcud Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərmək;- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim etmək;- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirmək;- Fərdi və bank müştərilərinə xidmət etmək, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər etmək və şəhadətnamələrin yenilənməsini təmin etmək;- Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərmək;- Birbaşa tabe olduğu menecerin tapşırığı ilə digər işlərin həyata keçirmək.Bilik və bacarıqlar:- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.- Satış, Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir
Son müraciət tarixi: 30 sentyabr 2019.Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Pasha Sigorta

Əlaqə İnformasiya:
recruitment@pasha-insurance.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp